Əsas Səhifə > Ölkə idmanı > Daşkənddə sərbəst güləş üzrə keçirilən yarışlarda həmyerlimiz qızıl medala sahib olub

Daşkənddə sərbəst güləş üzrə keçirilən yarışlarda həmyerlimiz qızıl medala sahib olub


2-07-2021, 14:40


BrendSport.az xəbər verir ki, yarışlarda Daşkənddə yaşayan soydaşımız Əmrah Hüseynov 57 kiloqram çəki dərəcəsində yeddi idmançıya qalib gələrək qızıl medala layiq görülüb. İdmançımızın rəqibləri cəmi üç xal qazana bilib. Həmçinin Ə.Hüseynov “ən texnikalı idmançı” adını da qazanıb.

Qeyd edək ki, Əmrah Hüseynovun atası Mehdi Hüseynov da Özbəkistanın tanınmış güləşçisidir. O, Özbəkistandakı Azərbaycan Milli Mədəniyyət Mərkəzi nəzdindəki güləş bölməsinin məşqçisi olub.
Geri qayıt