Əsas Səhifə > Ölkə idmanı > "Sabah"dan Ozan Canla bağlı açıqlama
"Sabah"dan Ozan Canla bağlı açıqlama30-06-2021, 14:24 |
"Sabah"ın futbolçusu Ozan Kökçünün komandadakı taleyinə aydınlıq gəlib. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlamasında Ozan Canın "Sabah"da qalacağını deyib. O, Türkiyənin 1-ci liqa təmsilçisi "Eyüpspor"un 22 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə etməsi xəbərinə belə münasibət bildirib: "Futbolçunun "Sabah"la 2023-cü ilə kimi müqaviləsi var. Onunla bağlı bizə rəsmi təklif gəlməyib. Sabah komandamız növbəti mövsümün hazırlıqlarına start verəcək. Ozan da məşqlərdə iştirak edəcək". QOL.AZ Geri qayıt |