Əsas Səhifə > Ölkə idmanı > Azərbaycanın üç güləşçisi Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib

Azərbaycanın üç güləşçisi Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib


29-06-2021, 21:05


BrendSport.az xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Güləşçimiz Kənan Heybətov (61 kq) ilk görüşdə ukraynalı idmançını minimal hesabla üstələyib. Fransa təmsilçisi üzərində də inamlı qələbə qazanan həmyerlimiz adını yarımfinala yazdırıb.

Milli komandamızın üzvü Cəbrayıl Hacıyev (74 kq) ilk mərhələdə Moldova güləşçisinə qalib gəlib. Millimizin üzvü daha sonra Rusiya təmsilçisini “tuşe” ilə məyus edib. C.Hacıyev macar rəqibindən də güclü olub və yarımfinala yüksəlib.

Çempionatda 86 kiloqram çəki dərəcəsində mübarizə aparan Fuad Mayılov təsnifat mərhələsində alman rəqibinə uduzub. Abdulcəlil Şabanov (92 kq) səkkizdəbir finalda rusiyalı həmkarına məğlub olub.
Geri qayıt