Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ” klubu xorvatiyalı futbolçusu ilə müqaviləni yeniləyib

“Qarabağ” klubu xorvatiyalı futbolçusu ilə müqaviləni yeniləyib


28-06-2021, 23:48


BrendSport.az xəbər verir ki, Ağdam təmsilçisi xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə müqavilənin müddətini uzadıb.

Otuz yaşlı oyunçu Ağdam təmsilçisi ilə ikiillik yeni sözləşməyə imza atıb.

Qeyd edək ki, F.Ozobiç 2018-ci ildən “Qarabağ”da çıxış edir. O, daha əvvəl Azərbaycanda “Qəbələ”nin formasını geyinib.
Geri qayıt