Əsas Səhifə > Ölkə idmanı > Oğlanlar arasında həndbol üzrə hazırlıq və yoxlama yarışları təşkil edilib

Oğlanlar arasında həndbol üzrə hazırlıq və yoxlama yarışları təşkil edilib


28-06-2021, 16:10


BrendSport.az xəbər verir ki, turnir UNIFIED Sports (İnklüziv birləşmiş idman komandası) proqramına uyğun olaraq 2 divizionda keçirilib. Yekun nəticəyə görə, Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin komandası birinci yeri tutub. İkinci divizionda isə Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin həndbolçuları qalib olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil olunan və 12 komanda iştirakı ilə baş tutan yarışlar 2022-ci ilin beynəlxalq turnirlərinə hazırlıq xarakteri daşıyır.
Geri qayıt