Əsas Səhifə > Ölkə idmanı > Gənc güləşçimiz Əbülfəz Nəsirov Dağıstanda bürünc medal qazanıb

Gənc güləşçimiz Əbülfəz Nəsirov Dağıstanda bürünc medal qazanıb


28-06-2021, 16:04


BrendSport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, 3 gün davam edən ənənəvi yarışda millimizin üzvləri də iştirak ediblər.

Memorialda gənc güləşçimiz Əbülfəz Nəsirov (61 kq) fərqlənib. Pəhləvanımız bürünc medala sahib çıxıb. İslam Bazarqanov (57 kq), Coşqun Əzimov (74 kq) və İslam İlyasov (97 kq) isə beşinci yerlə kifayətləniblər.
Geri qayıt