Əsas Səhifə > Ölkə idmanı > Kipr klubu Azərbaycan millisinin futbolçusuna nə qədər maaş verəcək?

Kipr klubu Azərbaycan millisinin futbolçusuna nə qədər maaş verəcək?


21-06-2021, 18:28


Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayevin yeni komandası dünən müəyyənləşib.

29 yaşlı yarımmüdafiəçi karyerasını Kiprdə davam etdirəcək.

O, “Etnikos”la 1 illik müqavilə imzalayıb.

Abdullayev ötən mövsümü Türkiyənin aşağı liqa təmsilçisi “Boluspor”da keçirib.

Araz Kiprdə 6500 avro maaşa çıxış edəcək. Üstəlik, ev da avtomobillə təmin ediləcək. Onun “Boluspor”da aylıq 7000 dollar qazandığını xatırladaq.


BrendSport.az
Geri qayıt