Əsas Səhifə > Ölkə idmanı > "Sabah" açıqladı - Türkiyə klubu onun Canını transfer etmək istəyirmi?
"Sabah" açıqladı - Türkiyə klubu onun Canını transfer etmək istəyirmi?21-06-2021, 14:42 |
"Sabah" Ozan Can Kökçüyə görə heç bir yeni təklif almayıb. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib. Mediada yayılan iddialara görə, Türkiyədə I Liqaya yüksələn "Eyüpspor" 23 yaşlı vingerlə maraqlanır. Bildirilir ki, qarşı tərəf Kökçü ilə danışıqlara da start verib. Klub "Sabah"la razılaşsa, oyunçunu heyətinə qatacaq. E.Həmidov isə qeyd edib ki, Ozan Can Kökçünun "Sabah"la müqaviləsi 2023-cü ildə başa çatmalıdır. O, 2020/2021 mövsümünün ikinci yarısını icarə əsasında Niderlandda - "Telstar"da keçirib. Vinger daha əvvəl Türkiyədə "Bursaspor" və "Giresunspor"un formasını geyinib: “Ozan Can klubumuza məxsusdur. Onunla bağlı hər hansı yenilik yoxdur. Tezliklə komandaya qoşulmalıdır”. Sportinfo.az Geri qayıt |