Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan yığmasının 3 üzvü Avropa kubokunda nə qazandı?

Azərbaycan yığmasının 3 üzvü Avropa kubokunda nə qazandı?


21-06-2021, 12:03


Xorvatiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib.

BrendSport.az xəbər verir ki, beynəlxalq turnirdə mübarizə aparan Azərbaycan yığması aktivinə 3 medal yazdırıb.

Oğlanların mübarizəsində İslam Rəhimov (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.

73 kq çəki dərəcəsində yarışan Məmmədrza Hacızadə yalnız final görüşündə uduzaraq gümüş medala layiq görülüb. 60 kq-da mübarizə aparan Zahir Ağazadə isə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan cüdoçuları Xorvatiya turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar.

Beynəlxalq yarışda Avropanın 27 ölkəsindən 368 cüdoçu medallar uğrunda mübarizə aparıb.


Geri qayıt