Əsas Səhifə > Ölkə idmanı > "Neftçi"dən: "Onunla bağlı qərarı məşqçilər korpusu verəcək"

"Neftçi"dən: "Onunla bağlı qərarı məşqçilər korpusu verəcək"


14-06-2021, 22:30


"Neftçi" ötən mövsüm "Sumqayıt"a icarəyə verdiyi futbolçusu Cabir Əmirli ilə bağlı qərarını hələ verməyib.

Bu barədə açıqlamasında komandanın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib:

"Cabirlə bağlı qərarı məşqçilər korpusu verəcək. Hazırda onun yenidən icarəyə veriləcəyi və komandada qalacağı dəqiq deyil. Futbolçu hələ də "Neftçi"nin məşqlərində iştirak etmir".

24 yaşlı müdafiəçi 2020/2021-ci il mövsümündə 15 oyun "Sumqayıt" forması ilə meydana çıxıb.


Sportinfo.az
Geri qayıt