Əsas Səhifə > Ölkə idmanı > “Gelfand Challenge”: Günay Məmmədzadə son turlarda mübarizə aparacaq

“Gelfand Challenge”: Günay Məmmədzadə son turlarda mübarizə aparacaq


13-06-2021, 12:15
“Gelfand Challenge”: Günay Məmmədzadə son turlarda mübarizə aparacaq


Azərbaycan şahmatçısı Günay Məmmədzadənin də qatıldığı “Julius Baer Challengers Chess Tour” turnirinin “Gelfand Challenge” adlı ikinci mərhələsinin son turları keçiriləcək.
BrendSport.az xəbər verir ki, şahmatçımız bu gün 4 turda mübarizə aparacaq. Onun rəqibləri - 16-cı turda Tingle Lei (Çin), 17-ci turda Jansaya Abdumalik (Qazaxıstan), 18-ci turda Polina Şuvalova (Rusiya), nəhayət sonuncu, 19-cu turda Vinsent Keymer (Almaniya) olacaq. Şahmatçımız ötən 15 turda 6 xal toplayıb.
Turnirdə hər birində 10 şahmatçı olmaqla iki komanda mübarizə aparır. G.Məmmədzadə Yudit Polqarın kapitanı olduğu komandada yer alıb. Digər komandaya 14-cü dünya çempionu Vladimir Kramnik rəhbərlik edir.
Qeyd edək ki, beş turnirdən ibarət “Julius Baer Challengers Chess Tour”un final mərhələsinin oyunları sentyabrın 9-13-də baş tutacaq.



Geri qayıt