Əsas Səhifə > Ölkə idmanı > Bakıda karate üzrə beynəlxalq dərəcəli hakimlər üçün seminar keçiriləcək

Bakıda karate üzrə beynəlxalq dərəcəli hakimlər üçün seminar keçiriləcək


3-06-2021, 20:43
Bakıda karate üzrə beynəlxalq dərəcəli hakimlər üçün seminar keçiriləcək

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəvəti ilə Dünya Karate Federasiyasının (WKF) hakimlər komitəsinin sədri, Tokio Olimpiadasında karate yarışlarının baş hakimi Havier Eskalante Bakıda səfərdədir.
BrendSport.az saytı xəbər verir ki, AMKF-nin media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmovun AZƏRTAC-a verdiyi məlumata görə, WKF rəsmisi iyunun 4-də milli hakimlər üçün beynəlxalq seminar keçirəcək. Tokio Yay Olimpiya Oyunlarının karate yarışlarının idarə olunmasına təyinat alan 15 beynəlxalq hakimdən biri Cahangir Babayev isə seminarda H.Eskalanteyə assitentlik edəcək.
Pandemiya şəraitində toplanmaq qaydaları ilə əlaqədar regionlardan olan hakimlər seminara onlayn qatıla biləcəklər. Seminar iştirakçılarına beynəlxalq sertifikatlar təqdim ediləcək.
Geri qayıt