Əsas Səhifə > Ölkə idmanı > Millimizin hücumçusunun oğlu ermənini qabaqladı - SƏSVERMƏ
Millimizin hücumçusunun oğlu ermənini qabaqladı - SƏSVERMƏ30-05-2021, 13:32 |
Gürcüstan millisinin və "Rubin"in futbolçusu Xviça Kvaratsxeliya Rusiya Premyer Liqassında 2020/2021 mövsümünün ən yaxşı gənc oyunçusu seçilib. BrendSport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ardıcıl ikinci il bu ada layiq görülüb. Səsvermədə Premyer Liqa klublarının futbolçuları və baş məşqçiləri, Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov və "Matç Premyer" telekanalının şərhçiləri iştirak ediblər. Hamıdan çox səs (145) toplayan istedadlı oyunçu ən yaxın izləyicisi Arsen Zaxaryanı ("Dinamo" Moskva) 60 səs qabaqlayaraq 1-ci yeri tutub. Xviça Kvaratsxeliya ötən mövsüm Rusiya çempionatında 23 oyuna 4 qol vurub. O, driblinq sayına (159) görə də mövsümün lideri olub. Kvaratsxeliya Azərbaycan yığmasının keçmiş hücumçusu Badri Kvaratsxeliyanın oğludur. Geri qayıt |