Əsas Səhifə > Ölkə idmanı > "Türkiyə millisinə qarşı yaxşı mübarizə apardıq"

"Türkiyə millisinə qarşı yaxşı mübarizə apardıq"


28-05-2021, 18:02


“Oyuna yaxşı başladıq. Hətta hesabı açan tərəf də biz olduq. Təəssüflər olsun ki, standart vəziyyətlərdən qol buraxdıq. Bundan başqa xeyli sayda qol imkanları yaratsaq da, istifadə edə bilmədik”.

Bu sözləri açıqlamasında Azərbaycan milli komandasının müdafiəçisi Azər Salahlı Türkiyə ilə ötən gün keçirilən yoldaşlıq matçı haqda danışarkən deyib.

Oyunun 2-ci hissəsində meydan daxil olan 27 yaşlı müdafiəçi güclü rəqibə qarşı yaxşı mübarizə apardıqlarını bildirib: “Rəqib hər kəsin tanıdığı güclü Türkiyə millisi idi. Düşünürəm ki, yoldaşlıq oyunu olmasına baxmayaraq, görüş yaxşı keçdi, Türkiyə millisinə qarşı yaxşı mübarizə apardıq. Qarşıda bizi daha 2 yoxlama matçı gözləyir. Bu görüşlərdə hədəf və məqsəd ancaq qələbə qazanmaqdır. Yaxşı mübarizə aparıb, oyundan sevinən tərəf kimi ayrılmaq istəyirik".

Qeyd edək ki, millimiz iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişinyovda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.

QOL.AZ
Geri qayıt