Əsas Səhifə > Ölkə idmanı > Teymur Rəcəbov Maqnus Karlsenə qarşı

Teymur Rəcəbov Maqnus Karlsenə qarşı


28-05-2021, 14:34


Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun mərhələsi 6-cı mərhələsi olan olan "The FTX Crypto Cup"da yarımfinal mərhələsi start götürəcək.

BrendSport.az xəbər verir ki, turnirin 1/4 finalında niderlandlı Aniş Giriyə qalib gələn Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarımfinalda Maqnus Karlsenlə qarşılaşacaq. Bu gün şahmatçılar yarımfinalın dörd partiyadan ibarət birinci dövrəsində üz-üzə gələcəklər.

Digər yarımfinal oyunu Rusiya təmsilçisi Yan Nepomnyaşi ilə ABŞ şahmatçısı Uesli So arasında olacaq.

“The FTX Crypto Cup” turnirinin mükafat fondu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” olacaq.

Qeyd edək ki, Çempionlar Turu ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

Geri qayıt