Əsas Səhifə > Ölkə idmanı > "Sabah" baş məşqçisi ilə bağlı qərar verdi - Rəsmi

"Sabah" baş məşqçisi ilə bağlı qərar verdi - Rəsmi


26-05-2021, 17:20



“Sabah” baş məşqçi Ramin Quliyevlə yeni müqavilə bağlayıb.

BrendSport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sözləşmənin müddəti 2 ildir.

Quliyev 2019-cu ildən “Sabah”da çalışır. O, daha öncə klubda idman direktoru və əsas komandada köməkçi məşqçi vəzifələrini tutub. Gənc mütəxəssis bu ilin mart ayından əsas komandada baş məşqçi səlahiyyətlərini yerinə yetirir.
Geri qayıt