Əsas Səhifə > Ölkə idmanı > "Türkiyə ilə oyunumuza diqqət çox olacaq" - Emil Balayev

"Türkiyə ilə oyunumuza diqqət çox olacaq" - Emil Balayev


26-05-2021, 17:17


“Biz bu oyuna dostluq yox, qardaşlıq oyunu kimi baxırıq. Türkiyə millisinin son oyunlarda nümayiş etdirdiyi futbol göz önündədir. Niderland, Norveç kimi güclü komandaları məğlub ediblər".

BrendSport.az xəbər verir ki, bu sözləri millimizin qapıçısı Emil Balayev sabah Türkiyə ilə Alanyada keçiriləcək yoldaşlıq oyunu haqda danışarkən deyib.


"Qarabağ"ın üzvü AFFA-nın saytına açıqlamasında matçın maraqla gözləndiyini bildirib: "Futbolsevərləri maraqlı oyun gözləyir. Türkiyə Avropa çempionatının final mərhələsinə hazırlaşdığından bu oyuna diqqət çox olacaq. Biz futbolçular da çalışacağıq ki, maksimum bacarığımızı nümayiş etdirək”.
Geri qayıt