Əsas Səhifə > Ölkə idmanı > Millimizi Antalyada qarşılayıb, otelə apardılar - FOTO

Millimizi Antalyada qarşılayıb, otelə apardılar - FOTO


25-05-2021, 20:53



Azərbaycan millisi Türkiyə ilə yoldaşlıq görüşü üçün qardaş ölkəyə yollanıb.

BrendSport.az xəbər verir ki, Canni de Byazinin yetirmələri qarşıdakı matçın hazırlığını bu gündən Antalyada davam etdirəcək.

30 futbolçunun yer aldığı kollektivi Türkiyə Futbol Federasiyasının nümayəndələri Antalya Hava Limanında qarşılayaraq məskunlaşacağı otelə aparıb.

Türkiyə - Azərbaycan oyunu mayın 27-də Alanyada keçiriləcək.
Geri qayıt