Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan kubokunun qalibi kim olacaq? - Yenilənir

Azərbaycan kubokunun qalibi kim olacaq? - Yenilənir


24-05-2021, 10:36


Bu gün Azərbaycan kubokunda 2020/21 mövsümünün final oyunu keçiriləcək.

BrendSport.az xəbər verir ki, “Bank Respublika Arena”da oynanılacaq həlledici matçda “Keşlə” və “Sumqayıt” üz-üzə gələcək. Əliyar Ağayevin idarə edəcəyi görüş saat 19:30-da başlayacaq.

“Sumqayıt” bu mövsüm Premyer Liqada da bürünc medallara sahib çıxıb və avrokuboklara vəsiqəni təmin edib. “Keşlə” isə ölkə çempionatını 6-cı pillədə başa vurub. Bakı təmsilçisi qalib gələcəyi təqdirdə, Konfrans Liqasında oynamq hüququ qazanacaq. "Sumqayıt" kubokun qalibi olsa isə Premyer Liqada 4-cü olan "Zirə" avrokuboklarda iştirak edəcək.

24 may

19:30. “Keşlə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
“Bank Respublika Arena”

Geri qayıt