Əsas Səhifə > Ölkə idmanı > Gözləyirəm, görək necə olacaq.

Gözləyirəm, görək necə olacaq.


22-05-2021, 17:06


Səbail FK-nın hücumçusu BrendSport.az-a danışdı:

- Son oyunlar zamanı Sizi sona qədər meydançada görmürük, ikinci hissədə əvəzlənirsiz. Bu nə ilə əlaqədardır, zədələriniz çoxdur?


- Xeyr, zədəm yoxdur, hər şey öz qaydasındadır. Oyun zamanı futbolçunun əvəzlənməsi normaldır və bu məşqçinin qərarıdır.

- Səbail komandasında çox ağır bir mövsüm keçirdiniz. Növbəti il üçün Səbail FK-da qalmaq fikriniz varmı? yoxsa yeni təklif gözlüyürsüz?


- Hələki dəqiq bir şey yoxdur. Gözləyirəm, görək necə olacaq. Gələcəkdə hansı komandada oynayacağımı zaman göstərəcək.

- Komandada ən çox qol vuran oyunçusunuz, lakin məhsuldar ötürmə ilə yadda qalmamısız. Amil Yunanov komanda yoldaşlarına ötürmə etmir yoxsa onu digər futbolçular onu başa düşmürlər?

- Yox, sadəcə belə alınır. Mənim hücümçu kimi vəzifəm qol vuraraq komandama kömək etməkdir.

- Hamını maraqlandıran suallardan biri də Amil Yunanovun vurduğu qolları kimə həsr edir?


- Vurduğum qolları Səbail FK-nın azərkeşlərinə və ən əsas komanda yoldaşlarıma. Bu qolar zamanı sevincimi onlarla bölüşürəm.


Sevanə Nueullayeva

Geri qayıt