Əsas Səhifə > Ölkə idmanı > "Bunlar FIFA-nın yox, sizin pullarınızdır" - AFFA-ya maliyyə axdı

"Bunlar FIFA-nın yox, sizin pullarınızdır" - AFFA-ya maliyyə axdı


22-05-2021, 14:24



FIFA koronavirus pandemiyası ilə əlaqədar zərərə uğrayan milli federasiyalara dəstək olaraq, 1,5 milyard ABŞ dolları ayırıb.

BrendSpprt.a xəbər verir ki, bu barədə ali futbol təşkilatının prezidenti Canni İnfantino qurumun konqresində bildirib.

"Şadam ki, FIFA sizə kömək etdi. Bu, dünya idmanında unikal nümunədir. Vəsait öz ehtiyatlarımızdan götürülüb, kənardan dəstək almamışıq.

Ehtiyatlarımız isə son illər peşəkarcasına işləməyimiz nəticəsində yaranıb", - deyən isveçrəli funksioner "Bunlar FIFA-nın yox, sizin pullarınızdır. Onlar sizə lazımdırsa, FIFA kömək edər", - vurğulayıb.
İnfantino həmçinin bildirib ki, gələn il təşkilatın gəliri 6,44 milyard ABŞ dollarına yüksələ bilər.

FIFA 1,5 milyard dolları 211 üzv federasiya, o cümlədən, AFFA-ya bərabər şəkildə bölüb.


Geri qayıt