Əsas Səhifə > Ölkə idmanı > Sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü olub

Sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü olub


20-05-2021, 16:40
Sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü olub

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-23 Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
BrendSport.az xəbər verir ki, qitə birinciliyinə 8 güləşçi ilə yollanan millimizin 7 üzvü fəxri kürsüyə qalxıb.
Məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında mötəbər yarışda iştirak edən komandamız medal rekordunu yeniləyib. Belə ki, 2015-ci ildən keçirilən analoji turnirdə sərbəst güləş millimiz heç vaxt bu qədər medal qazanmayıb.
Avropa çempionatında Cəbrayıl Hacıyev (70 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) gümüş, Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medal qazanıblar. Yekunda yığmamız 140 xal toplayıb və Avropa üçüncüsü olub. Rusiya 196 xalla birinci, Türkiyə isə 150 xalla ikinci yeri tutub.




Geri qayıt