Əsas Səhifə > Ölkə idmanı > Kata üzrə onlayn açıq Bakı birinciliyi keçirilib

Kata üzrə onlayn açıq Bakı birinciliyi keçirilib


16-05-2021, 19:56
Kata üzrə onlayn açıq Bakı birinciliyi keçirilib


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Bakı Karate-do Akademiyasının birgə təşkilatçılığı ilə kata üzrə onlayn açıq Bakı birinciliyi keçirilib. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə respublikamızın müxtəlif bölgələrindən 200-ə yaxın idmançı iştirak edib.
BŞGİBİ-dən BrendSport.az saytına bildiriblər ki, çempionatın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərini, gənclərə və idmançılara diqqət və qayğısını təbliğ etməkdir.
Turnirin açılışında Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadə ulu öndər Heydər Əliyevin daim gənclərin fiziki və mənəvi baxımdan sağlam böyümələrinə xüsusi diqqət göstərdiyini vurğulayıb. Akademiyanın öz fəaliyyətində Ümummilli Liderin ideyalarını rəhbər tutduğunu vurğulayan V.Abdullazadə bildirib ki, belə yarışlar gənclərin daha sağlam, güclü yetişmələri, istedadlı gənclərin üzə çıxarılması, ən əsası Azərbaycanın bütün dünyada təbliği üçün yaxşı zəmin yaradır. O, turnirin təşkilinə fəal dəstəyə görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə minnətdarlığını bildirib.
Maraqlı idman mübarizəsi şəraitində keçən turnirin qalibləri mükafatlandırılıb.
Geri qayıt