Əsas Səhifə > Ölkə idmanı > “Qəbələ” komandası Litvanın “Vilnüs” klubuna qalib gəlib

“Qəbələ” komandası Litvanın “Vilnüs” klubuna qalib gəlib


27-10-2017, 21:19



Litvanın paytaxtı Vilnüsdə “Ateitis Cup” turnirinə start verilib.

Yarışda qüvvəsini sınayan “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası ilk oyun günündə iki matç keçirib. “C” qrupunda mübarizə aparan “qırmızı-qaralar” ilk turda Litvanın “Vilnüs” komandasını sınağa çəkiblər. Sərxan Mirzəzadənin dubl etdiyi görüşdə “Qəbələ” 2:0 hesabı ilə qalib gəlib.

Ülfət Mədətovun baş məşqçisi olduğu komanda ikinci matçını Latviyanın “Dauqavpils” komandasına qarşı keçirib. Futbolçularımız meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıblar.

Xatırladaq ki, “Qəbələ” qrup mərhələsinin növbəti iki oyununu oktyabrın 28-də keçirəcək. Komandamız Finlandiyanın “Maski” və Belarusun “Smena” komandaları ilə qarşılaşacaq.

Azərtac.az
Geri qayıt