Əsas Səhifə > Ölkə idmanı > Azərbaycanda bu klub tamamilə AFFA-nın nəzarətinə keçdi

Azərbaycanda bu klub tamamilə AFFA-nın nəzarətinə keçdi


12-05-2021, 16:07


«Səbail»in idarəçiliyi «əl dəyişib».

BrendSport.az -a bu barədə məlumat Bayıl təmsilçisindən daxil olub.

Bildirilib ki, Tamerlan Abdullayev klubla bütün əlaqələrini kəsib. 5 il qeyri-rəsmi olaraq prezident səlahiyyətlərini yerinə yetirən AFFA prezidenti Rövnəq Abdullayevin qardaşı oğlu öz istəyi ilə bu addımı atıb.

Redaksiyamıza o da məlum olub ki, «dənizçilər» tamamilə federasiyanın nəzarətinə keçib. Yaxın zamandarda klubun rəhbərliyinə yeni simaların gətirilməsi gözlənilir. Hələlik isə cari işlərə nəzarət icraçı direktor Fərəc Əliyevə tapşırılıb.
Geri qayıt