Əsas Səhifə > Ölkə idmanı > Bakının “Lokomotiv” klubu doqquz voleybolçu ilə müqavilə imzalayıb
Bakının “Lokomotiv” klubu doqquz voleybolçu ilə müqavilə imzalayıb27-10-2017, 18:54 |
Bakının kişi voleybolçulardan ibarət “Lokomotiv” klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa başlayıb. “Çağırış kuboku” turnirində çıxış edəcək Bakı təmsilçisi baş məşqçi və 9 voleybolçu ilə müqavilə imzalayıb. Avrokubokda debüt edəcək komandanı yeni ildə də Fərid Cəlalov meydana çıxaracaq. Onun köməkçisi Sergey Nikulenko olacaq. Məşqçilər korpusu ilə yanaşı, Asif Əliyev, Kənan Allahverdiyev, Dmitri Baranov, Aleksey Çervyakov, Rəsul İbrahimov, İvan Kazaçkov, Dmitri Obodnikov və Pərviz Səmədovla da müqavilə birillik uzadılıb. “Lokomotiv” yeni voleybolçu ilə də anlaşıb. Bu, 16 yaşlı blokçu Ruslan Əliyevdir. Qeyd edək ki, Bakı təmsilçisi “Çağırış kuboku”nda Kiprin “Apoel” klubu ilə qarşılaşacaq. Azərtac.az Geri qayıt |