Əsas Səhifə > Ölkə idmanı > Digər komandalardakı vəziyyəti bilmirəm
Digər komandalardakı vəziyyəti bilmirəm8-05-2021, 13:12 |
Bu gunki musahibim Çempion Emin Zamanovdur. Milli komandamizin aşaği yaş komandalarında oynayan Futbolçumuz Qəbələ Akademiasının yetirməsidir. "Kəpəz", "Turan Tovuz", "Sumqayit", "MOİK", hal-hazırda isə "Neftçi" komandasında forma geyinir. Gənc və perespektivli oyuncu əsas liqada oyunlarda 72 nömrə ilə çıxış edir. -Komandada hal-hazirda abu hava necədir? Çempionluq Sevincini necə yaşayırsız? -Komandada abu hava çox yaxşıdır. İnsan əziyətinin bəhrəsini görəndə həvəsi dahada artır. Məncə bu bizim kariyeramıza çox böyük təkan verəcək. -Bir zamanlar əsas komandanın oyunlarında yer alırdınız. İndi isə uzun zamandır əvəzedici komandadasiniz. Əsasdan əvəzediciyə duşməyinizdə səbəb nə oldu? -Hazırda əsas komandadayam. Məşhqləridə əsas komanda ilə edirəm. Sadəcə əvəzedici komandaya komək məqsədi ilə oyunlara göndərildim. -Əvəzedici komamdada çempion oldunuz, özünüzü bir daha sübüt etdiniz. Növbəti mövsüm hazırlıqlarında Neftçinin əsas komandasında möhkəmlənə bilməsəniz, oyunaya biləcəyiniz başqa kluba keçmeyi düşünürsünüzmü ? -Məncə bu haqqda danışmaq tezdir. İnşəAllah o, haqqda novbeti mövsümdə fikirləşərik. -Son illər ffutbolçularımız ölkə xaricində oynamağa daha çox can atırlar. Gənc və perspektivli futbolçu kimi sizində belə bir fikriniz varmı? -Neftçidə möhkəmlənmək mənim üçün daha yaxşı olar. Hal-hazirda ona görə harasa getməy haqqında fikirləşmirəm. -Hal-hazirda Azerbyacanda bir çox futbolçunun olmaq istədiyi yerdəsiniz. Başqa nə hədəfləriniz var və ya bura kimidir hədəfiniz? -Neftçi Azərbaycanın ən köklü klubudur. Burda olmaq böyük fəxridir. İnşəAllah burda möhkəmlənib milli komandaya dəvət almaqdır hazırkı hədəfim. -Çox az komandada gənclərlə şans verilir. Bu güvensizlikdir yoxda ? -Digər komandalardakı vəziyyəti bilmirəm ancaq baş məşqçimiz gənclərə yetərincə guvənir və şans verir. Sonda bizdə BrendSport.az saytı olaraq , Sizə və Neftçi komandasına gelecek planlarında uğurlar arzu edirik. Sevanə Nurullayeva Geri qayıt |