Əsas Səhifə > Ölkə idmanı > “Azəryol” yunanlara əmanət

“Azəryol” yunanlara əmanət


27-10-2017, 17:17




Qadın həndbolçular arasında “Çelenc Cup” turnirinin III təsnifat mərhələsinin hakimləri açıqlanıb.

Azərbaycan çempionatının gümüş medalçısı “Azəryol”un Lüksemburq “Dudelanj”ı ilə görüşləri yunanıstanlı ədalət təmsilçilərinə həvalə edilib. Noyabrın 18-də və 19-da səfərdə baş tutacaq qarşılaşmalarda Mixail Mertinian və Evangelos Sirepisios söz sahibləri olacaqlar.

Görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi funksiyasını isə almaniyalı Frank Böllhoff yerinə yetirəcək.


Apasport.az
Geri qayıt