Əsas Səhifə > Ölkə idmanı > Birinci divizionda çempion və medalçılar müəyyənləşdi
Birinci divizionda çempion və medalçılar müəyyənləşdi6-05-2021, 22:42 |
Azərbaycan birinci divizionunda 2020/2021 mövsümünün qalibi müəyyənləşib. BrendSport.az xəbər verir ki, "Neftçi-2" sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib. Mahmud Qurbanovun çalışdırdığı komanda 25-ci turda evdə "Kəpəz"ə qalib gəlib - 1:0. Bununla da xallarını 61-ə yüksəldən lider ən yaxın izləyicisi "Zaqatala"nı 11 xal qabaqlayıb ki, bu da çempionluğu təmin edib. "Zaqatala" və "Turan Tovuz"un isə mükafatçılar sırasında olacağı dəqiqləşib. Hazırda "Zaqatala" 50 xalla 2-ci, "Turan Tovuz" isə 48 xalla 3-cü pillədə yer alıb. 6 may Birinci divizon, 25-ci tur "Qarabağ-2" – "Keşlə-2" - 3:1 Qol: Seyxan Fərəcov, 10; 22. Musa Musazadə, 45+1 – Xəzər Mahmudov, 9 "Sabah-2" – "Turan Tovuz" - 3:3 Qol: Təbriz İsazadə, 42. Abdulla Xaybulayev, 44. Camal Cəfərov, 74 – Vidadi Cəfərov, 25; 84-pen; 90+2. "Neftçi-2" – "Kəpəz" - 1:0 Qol: İsmayıl Zülfüqarlı, 65. Geri qayıt |