Əsas Səhifə > Ölkə idmanı > AFFA rəsmisi də oxuyacaq – Amma məşqçi olmaq üçün yox

AFFA rəsmisi də oxuyacaq – Amma məşqçi olmaq üçün yox


25-04-2021, 17:59


AFFA məşqçilər üçün UEFA-nın Pro kateqoriyalı lisenziya kursunun 1-ci modulunun vaxtını açıqlayıb.

Kurslar 5-6 mayda və 20 - 22 mayda Bakıda olacaq.

Kurs modullar şəklində keçiriləcək və fasilələrlə 1 il davam edəcək. Seminara qatılacaq «A» kaateqoriyalı mütəxəssislərin siyahısında yenidən dəyişiklik olub.

«Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev burada iştirakdan növbəti dəfə imtina edib. Güman ki, o, iştirak üçün tələb olunan 5000 manqatı ödəyə bilmədiyindən, kənarda qalıb.

«Qaradağ Lökbatan»ın məşqçisi Füzuli Məmmədov, «Sabah»ın məşqçisi İlkin Hacıyev, 19 yaşlılardan ibarət yığmanın çalışdırıcısı Vüqar Əsgərli, «Keşlə»nin sükançısı Sənan Qurbanovla onun köməkçisi Zaur İsmayılov, “Turan Tovuz”un baş məşqçisi İlham Yədullayev, “Sumqayıt” Futbol Akademiyasının baş koordinatoru Hakan Sünal və “A” kateqoriyalı kursların təlimatçısı Osman Rəhimov da adını siyahıya yazdırıb.

AFFA-nın Texniki Direktoru Cahangir Həsənzadə də bu partiyaya qoşulmaq qərarına gəlib. Amma o, məşqçi olmaq iddiasıyla kurslarda iştirak etməyəcək. Federasiya rəsmisi təlimataçı kimi bura qatılıb.
Geri qayıt