Əsas Səhifə > Ölkə idmanı > Daha 5 yunan-Roma güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır

Daha 5 yunan-Roma güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır


24-04-2021, 14:31


BrendSport.az xəbər verir ki, yarışın altıncı günündə - aprelin 24-də daha 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulacaq.

Güləşçilərimizdən Murad Bazarov (60 kq) belaruslu Qleb Makaranka, Namaz Rüstəmov (67 kq) Serbiya idmançısı Mate Nemes, Xasay Həsənli (72 kq) moldovalı Valentin Petiç, Tuncay Vəzirzadə (82 kq) Mixail Bradu (Moldova), Zamir Məhəmmədov (97 kq) isə Balaş Kiss (Macarıstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.


Geri qayıt