Əsas Səhifə > Ölkə idmanı > Dünya birinciliyi: İki boksçumuz səkkizdəbir final mərhələsində mübarizə aparacaq

Dünya birinciliyi: İki boksçumuz səkkizdəbir final mərhələsində mübarizə aparacaq


18-04-2021, 15:14



Bu gün Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində səkkizdəbir final mərhələsinin son döyüşləri keçiriləcək.

BrendSport.az xəbər verir ki, mundialın altıncı günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxacaq. Komandamızın üzvü Cəlal Qurbanov (60 kq) yaponiyalı Reyto Tsutsumi, Murad Allahverdiyev (81 kq) isə Kaan Aykutsunla (Türkiyə) üz-üzə gələcəklər.

Xatırladaq ki, komandamız yarışda 9 idmançı ilə təmsil olunur. Dünya birinciliyi aprelin 23-də başa çatacaq.
Geri qayıt