Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqasında XIII tura start verilib

Azərbaycan Premyer Liqasında XIII tura start verilib


16-04-2021, 22:19
Azərbaycan Premyer Liqasında XIII tura start verilib


Aprelin 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

BrendSport.az xəbər verir ki, günün ilk oyununda “Səbail” lider “Qarabağ”ı qəbul edib. “ASCO Arena”dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində Amil Yunanov 37-ci dəqiqədə penaltidən hesabı açıb. 42-ci dəqiqədə isə Uroş Matiç Ağdam təmsilçisinin bərabərlik qolunu vurub.
Xallarının sayını 47-yə çatdıran "Qarabağ" liderliyini davam etdirir. “Səbail” isə 21 xalla 6-cı sırada qərarlaşıb.
Qeyd edək ki, günün digər matçında “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək. Tura aprelin 17-də oynanılacaq “Neftçi”–“Zirə” və “Keşlə”-“Sabah” matçları ilə yekun vurulacaq.
Geri qayıt