Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqasının daha iki oyunu keçirilib
Azərbaycan Premyer Liqasının daha iki oyunu keçirilib21-12-2020, 00:49 |
Dekabrın 20-də futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha iki qarşılaşması keçirilib. BrendSport.az xəbər verir ki, Zirədə eyniadlı klub ilə “Sumqayıt” arasındakı matç 2:2 hesabı ilə başa çatıb. Qarşılaşmada ilk qol 11-ci dəqiqədə vurulub. “Gənclik şəhəri” təmsilçisinin heyətində Murad Xaçayev fərqlənib. Meydan sahibləri 56-cı dəqiqədə Ağabala Ramazanovun qolu ilə hesabı bərabərləşdirsələr də, cəmi 1 dəqiqə sonra Rəhim Sadıxov yenidən “Sumqayıt”ı önə keçirib. 62-ci dəqiqədə “qartallar” növbəti dəfə tarazlığı bərpa ediblər. Qismət Alıyev adını tabloya yazdırıb. Bu heç-heçədən sonra xallarını 20-yə çatdıran “Zirə” 2-ci pillədəki mövqeyini qoruyub. “Sumqayıt” isə 16 xalla 4-cü sırada qalıb. Digər oyunda “Səbail” səfərdə “Keşlə”ni 2:0 hesabı ilə məğlub edib. Qonaqlara qələbə qazandıran qolları 11-ci dəqiqədə Ürfan Abbasov, 6 dəqiqə sonra isə Əfran İsmayılov vurub. Bu qələbədən sonra xallarını 13-ə çatdıran “dənizçilər” 5-ci pilləyə yüksəlib. Eyni xala malik “Keşlə” isə 6-cı sıraya geriləyib. Qeyd edək ki, günün ilk matçında “Qəbələ” evdə “Qarabağ”la 1:1 hesablı heç-heçə edib. Tura “Sabah” – “Neftçi” görüşü ilə yekun vurulacaq. Geri qayıt |