Əsas Səhifə > Ölkə idmanı > “Kəpəz” klubunun baş məşqçisi 5 oyunluq cəzalandırılıb

“Kəpəz” klubunun baş məşqçisi 5 oyunluq cəzalandırılıb


3-12-2020, 13:28
 “Kəpəz” klubunun baş məşqçisi 5 oyunluq cəzalandırılıb


AFFA-nın İntizam Komitəsi Gəncənin “Kəpəz” futbol klubunun baş məşqçisi Yaşar Vahabzadəni 5 oyunluq cəzalandırıb.
BrendSport.az xəbər verir ki, komitənin keçirilən iclasında bu barədə qərar verilib.
Baş məşqçi Birinci divizionun yeddinci turunda “Turan Tovuz”la oyunda (2:3) hakimi təhqir etdiyi üçün bu cəzaya məruz qalıb. Gəncə təmsilçisi buna görə 400 manat cərimə olunub.
Geri qayıt