Əsas Səhifə > Ölkə idmanı > AFFA iki klubu cərimələyib

AFFA iki klubu cərimələyib


25-11-2020, 12:50
AFFA iki klubu cərimələyib

AFFA İntizam Komitəsi iki klubu cərimələyib.
BrendSport.az xəbər verir ki, “Sumqayıt” və “Zirə” klubları 800 manat məbləğində cərimələnib. “Sumqayıt” komandası Premyer Liqanın X turunda səfərdə “Qarabağ”a 1:6 hesabı ilə uduzduğu matçda 4 futbolçusu sarı vərəqə alıb.
Komitə “Zirə” klubuna da eyni cəzanı verib. Qəsəbə təmsilçisinin 4 oyunçusu “Keşlə”yə evdə 3:1 hesabı ilə qalib gəldikləri matçda sarı vərəqə alıb.
Geri qayıt