Əsas Səhifə > Ölkə idmanı > Güləş hakimlərinin növbəti vebinarı keçirilib
Güləş hakimlərinin növbəti vebinarı keçirilib10-09-2020, 16:17 |
Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının növbəti vebinarı baş tutub. BrendSport.az federasiyaya istinadla xəbər verir ki, dördüncü dəfə təşkil olunan onlayn seminarda Hakimlər Kollegiyasının sədri Qərib Əliyev ilk öncə Dünya Güləş Birliyinin (UWW) hakimlər üçün keçirdiyi son seminarlardakı mövzulardan bəhs edib. O, güləşçilərin qayda pozuntularından, parterdəki vəziyyətdən, fənd zamanı idmançı zədələnərsə, qəbul edilməli olan qərarlardan, fit səsləndikdən sonra edilən fəndlərdən, hakimlərin xalçadakı mövqelərindən və buraxdıqları səhvlərdən və başqa məsələlərdən danışıb. Daha sonra yarımçıq və tam icra olunan fəndlərin əks olunduğu video görüntülər şərh olunub. Geri qayıt |