Əsas Səhifə > Ölkə idmanı > "Neftçi"nin futbolçusu millimizə dəvət olundu
"Neftçi"nin futbolçusu millimizə dəvət olundu29-08-2020, 21:18 |
Azərbaycan millisinin heyətinə daha bir futbolçu cəlb edilib. BrendSport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 27-də açıqlanmış siyahıda adı ehtiyat heyətdə göstərilən "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələskərov yığmanın toplanışına dəvət olunub. Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq. Geri qayıt |