Əsas Səhifə > Ölkə idmanı > “Neftçi” baş məşqçisi Füzuli Məmmədov ilə yeni müqavilə bağlayıb

“Neftçi” baş məşqçisi Füzuli Məmmədov ilə yeni müqavilə bağlayıb


1-08-2020, 13:21


Bakının “Neftçi” futbol klubu baş məşqçisi Füzuli Məmmədov ilə yeni müqavilə bağlayıb.

BrendSport.az kluba istinadla xəbər verir ki, Müşahidə Şurasının onlayn iclasında F.Məmmədovun baş məşqçi postuna namizədliyi təsdiqlənib. Mütəxəssisin daha 2 il əsas komandanı çalışdırması barədə qərar verilib.

Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunmuş F.Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. Komanda onun rəhbərliyi altında ötən mövsümü ikinci pillədə başa vuraraq gümüş medal qazanıb.
Geri qayıt