| Əsas Səhifə > Ölkə idmanı > AFFA Bernhard Lippertlə yolları ayırdı AFFA Bernhard Lippertlə yolları ayırdı14-07-2020, 13:54 | 
|  AFFA-nın Texniki direktoru Bernhard Lippertin müqaviləsi 2020-ci il iyunun 30-da başa çatıb. BrendSport.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb. Texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub. AFFA rəhbərliyi Bernhard Lippertə gələcək karyerasında uğurlar arzulayıb. Geri qayıt |