Əsas Səhifə > Ölkə idmanı > “Sabah” klubu baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb

“Sabah” klubu baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb


3-07-2020, 15:01


Bakının “Sabah” futbol klubu baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb.

BrendSport.az kluba istinadla xəbər verir ki, 43 xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Paytaxt təmsilçisi Sopiçə göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, ötən ilin dekabrında baş məşqçi postuna gətirilmiş Jelko Sopiçin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi.
Geri qayıt