Əsas Səhifə > Ölkə idmanı > Fişer şahmatı üzrə “Cənub mirvarisi” blits turnirinin qalibləri müəyyənləşib

Fişer şahmatı üzrə “Cənub mirvarisi” blits turnirinin qalibləri müəyyənləşib


29-06-2020, 12:11
Fişer şahmatı üzrə “Cənub mirvarisi” blits turnirinin qalibləri müəyyənləşib

Təhsil “RİM” Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə iyunun 28-də Fişer şahmatı üzrə onlayn blits turniri keçirilib. Turnirdə Lənkəran şahmatçıları ilə yanaşı, Bakı, Sumqayıt, Gəncə, Samux və digər regionlardan şahmatçılar mübarizə aparıblar
[spoiler][/spoiler].
BrendSport.az xəbər verir ki, “Cənub mirvarisi” open blits turnirinin qalibi 9 turdan 8 xal toplayan Lənkəran şahmat məktəbinin yetirməsi, hazırda isə Türkiyədə yaşayan Elnur Əliyev olub. İkinci və üçüncü yerləri 7 xalla Gülsənəm Ağayeva (Lənkəran) və Aytac Məmmədova (Samux) tutublar.
Yarış “Chess.com” onlayn platforması vasitəsilə təşkil olunub.
Geri qayıt