Əsas Səhifə > Ölkə idmanı > Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir

Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir


11-03-2020, 18:29



Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir.

Azərbaycan Həndbol Federasiyasından BrendSport.az -a bildiriblər ki, yarışın 13-cü turu da maraqlı oyunlarla yadda qalıb. Günün ilk matçında “Təhsil” və “Məhsul” komandaları meydançaya çıxıblar. Çempionatın lideri bu qarşılaşmada da azarkeşlərini sevindirməyi bacarıb. Rəqib müdafiəsini yarmaqda çətinlik çəkməyən “Məhsul” kəsərli hücumlar sayəsində növbəti qələbəsini qazanıb – 34:24.
Turun digər oyununda “Bakı” U-18 komandasını sınağa çəkib. Liderlə xal fərqini azaltmaq niyyətində olan “Bakı” bu görüşə də qələbə əzmi ilə çıxmışdı. U-18 bacardığı qədər ciddi müqavimət göstərsə də, səviyyə fərqi öz sözünü deyib. Rəqibi əksər göstəricilərdə üstələyən “Bakı” 38:23 hesabı ilə qalib gəlib.

On üç oyundan 24 xal toplayan “Məhsul” turnir cədvəlində liderliyini davam etdirir. Onun ən yaxın izləyicisi “Bakı”nın aktivində 20 xal var. “Təhsil” 7 xalla üçüncü pillədə qərarlaşıb. Cəmi 1 xalı olan U-18 yarış cədvəlinin autsayderidir.

Martın 12-də çempionatın 14-cü turuna start veriləcək. İlk oyun günündə “Təhsil” U-18-lə üz-üzə gələcək. Martın 14-nə təyin olunan “Məhsul” - “Bakı” görüşü isə daha gərgin və maraqlı mübarizə vəd edir.
Geri qayıt