Əsas Səhifə > Ölkə idmanı > Şahmat üzrə Azərbaycan çempionatı: turnir cədvəlinin lideri yarışın favoriti ilə mübarizə aparacaq

Şahmat üzrə Azərbaycan çempionatı: turnir cədvəlinin lideri yarışın favoriti ilə mübarizə aparacaq


6-03-2020, 15:58


Martın 6-da qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının üçüncü turunun oyunları keçiriləcək.

BrendSport.az xəbər verir ki, iki turun yekununa görə, maksimum xalla liderliyə yüksəlmiş Səbinə Rzalı bu gün yarışın favoriti Gülnar Məmmədova ilə mübarizə aparacaq. Zeynəb Məmmədyarova Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva Xəyalə Abdulla, Türkan Məmmədyarova Mələk İsmayıl, Ayan Allahverdiyeva isə Xanım Balacayeva ilə oynayacaqlar.

Qeyd edək ki, iki turdan sonra G.Məmmədova, Z.Məmmədyarova, G.Beydullayeva hərəyə 1,5 xal toplayıblar. X.Abdulla, X.Balacayeva, T.Məmmədyarova 1, M.İsmayıl 0,5 xala malikdir. A.Allahverdiyeva və Ü.Fətəliyeva hər iki oyunda məğlub olublar.

Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçirilir.
Geri qayıt