Əsas Səhifə > Ölkə idmanı > Tennis üzrə Yeniyetmələrin ölkə birinciliyinin zona yarışları keçirilib

Tennis üzrə Yeniyetmələrin ölkə birinciliyinin zona yarışları keçirilib


12-10-2017, 16:28


6-9 oktyabr 2017-ci il tarixlərində Oğuz şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi stolüstü tennis üzrə Yeniyetmələrin ölkə birinciliyinin zona yarışları keçirilmişdir. Birincilikdə şəhər və rayonlardan 2005-ci il və daha kiçik təvəllüdlü idmançılar komanda dərəcəsində mübarizə aparırdılar.
Qızlardan Sumqayıt Təhsil , Şəki, Qaradağ, Neftçi, Qax komandaları, oğlanlardan isə Sumqayıt Təhsil, Şəki, Qaradağ, Balakən, Gədəbəy komandaları finala vəsiqə qazanıblar.
Zona yarışlarının növbəti mərhələsi 14-17 oktyabr tarixində Xaçmaz şəhərində , final oyunları isə Qaxda keçiriləcəkdir.
Geri qayıt