Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqası: “Qarabağ” klubu “Zirə”ni darmadağın edib
Azərbaycan Premyer Liqası: “Qarabağ” klubu “Zirə”ni darmadağın edib15-02-2020, 19:56 |
Fevralın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna start verilib. BrendSport.az xəbər verir ki, açılış görüşündə turnir cədvəlinin lideri “Qarabağ” səfərdə “Zirə” komandasının qonağı olub. Görüş ağdamlıların 6:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın heyətində Bədavi Hüseynov (4), Xayme Romero (11), Mahir Emreli (14), Ailton Silva (28), Abdullah Zubir (61) və Maqali Qeye (85) fərqləniblər. Qarşılaşmanın 68-ci dəqiqəsində “Zirə”nin kapitanı Cavid Hüseynov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu qələbədən sonra xal ehtiyatını 38-ə çatdıran “Qarabağ” əsas izləyicisi, bir oyun az keçirən “Neftçi”dən 11 xal irəlidədir. “Zirə” isə 20 xalla 5-ci yerdə qərarlaşıb. Geri qayıt |