Əsas Səhifə > Ölkə idmanı > "Qarabağ"ın gənclərdən ibarət komandasının baş məşqçisinin cəzası hakimləri təhriq etdiyi üçün artırılıb
"Qarabağ"ın gənclərdən ibarət komandasının baş məşqçisinin cəzası hakimləri təhriq etdiyi üçün artırılıb18-12-2019, 14:47 |
AFFA İntizam Komitəsi Gənclər Liqasında çıxış edən "Qarabağ"ın baş məşqçisi Samir Musayevi daha 5 oyunluq cəzalandırıb. BrendSport.az-ın məlumatına görə, buna mütəxəssisin "Zirə" ilə görüşdə hakimlər briqadasını təhqir etməsi səbəb olub. Dekabrın 11-də baş tutan görüşdə Musayev referilərə qarşı tribunadan qeyri-etik ifadələr işlədib. Baş məşqçi daha öncə də noyabrın 20-də "Sabah"la görüşdə hakimləri təhqir edib və 5 oyunluq cəza alıb. Qeyd edək ki, Samir Musayev 2003-2004 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olub. Geri qayıt |