Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqasının 10-cu turuna “Qəbələ” - “Sabah” oyunu ilə yekun vurulub

Azərbaycan Premyer Liqasının 10-cu turuna “Qəbələ” - “Sabah” oyunu ilə yekun vurulub


4-11-2019, 18:01


Noyabrın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasının X turuna yekun vurulub.

BrendSport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda eyniadlı komanda “Sabah”ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 43-cü dəqiqədə "Qəbələ"nin hücumçusu Davit Volkov açıb. Lakin fasilədən sonra "Sabah" iki qol vurub. Oyunun 54-cü dəqiqəsində Cavid İmamverdiyev, 73-cü dəqiqədə isə Hendrik Ekşteyn fərqlənib.

Bu, 10-cu turda heç-heçə ilə yekunlaşmayan yeganə oyun olub. "Sabah" səfər qələbəsi sayəsində xallarını 10-a çatdırsa da, yenə 7-ci pillədə qalıb. "Qəbələ" isə 6 xalla sonuncudur.

Qeyd edək ki, turun ilk 3 oyununda "Neftçi" - "Qarabağ"la, "Səbail" "Keşlə" ilə 0:0, "Zirə" "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib.
Geri qayıt