Əsas Səhifə > Ölkə idmanı > FHN-in idmançısı beynəlxalq turnirdə mükafat qazandı
FHN-in idmançısı beynəlxalq turnirdə mükafat qazandı29-10-2019, 19:48 |
Sloveniyanın Qradeç şəhərində cüdo üzrə “Karoşka” açıq beynəlxalq turnir keçirilib. BrendSport.az saytı xəbər verir ki, 23 ölkədən 520-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin idmançısı Nigar Şahməmmədova mərkəzin məşqçi-müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 44 kq çəki dərəcəsində yarışın gümüş medalına layiq görülüb. FHN-in İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev gənc idmançını qəbul edərək onu qazandığı nailiyyətə görə təbrik edib, gələcək yarşlarda müvəffəqiytlər arzulayıb. Geri qayıt |