Əsas Səhifə > Ölkə idmanı > Hərbçilərin VII Dünya Oyunlarında ölkəmizi yeddi güləşçi təmsil edəcək

Hərbçilərin VII Dünya Oyunlarında ölkəmizi yeddi güləşçi təmsil edəcək


19-10-2019, 18:56


Çinin Uxan şəhərində Hərbçilərin VII Dünya Oyunları start götürüb.

BrendSport.az xəbər verir ki, 109 ölkədən 9 min 300 hərbçinin 27 növdə mübarizə aparacağı Oyunların proqramında güləş də yer alıb.

Oktyabrın 21-dən 24-dək güləşin hər növündə 4 Olimpiya çəkisi üzrə mübarizə baş tutacaq. Nəhəng yarışda ölkəmizi sərbəst güləşdə Mahir Əmiraslanov (57 kq), Ağahüseyn Mustafayev (74 kq), yunan-Roma güləşində Murad Bazarov (60 kq), Mikayıl Rəhmanov (67 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov (87 kq), qadın güləşində isə Tatyana Varansova (53 kq) təmsil edəcəklər.

Güləşçilərimiz yığmalarımızın məşqçiləri Nazim Əlicanov və Taleh İsrafilovun rəhbərliyi altında yarışacaqlar.
Geri qayıt